Kamal Mətindən, Naxçıvan, Azərbaycan


15 oktyabr 2019, 14:10
Möhtərəm cənab Prezident!
Sizin Soçidəki “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınız işğalçı ölkə başçısını susdurdu, onun “Qarabağ Ermənistandır, nöqtə” kəlməsinə kəskin və tutarlı cavabla “Qarabağ Azərbaycandır və nida işarəsi” dediniz.
Sizin dediyiniz nida işarəsinin arxasında Azərbaycan xalqının gücü, milli mənsubiyyəti, tarixi, əbədi və əzəli torpaqları durur. Ermənistanın baş nazirinin cılız “nöqtəsi” isə saxtakar, hər gün əhalisinin sayı azalan, tənəzzülə uğrayan bir dövlətin taleyinə qoyulan nöqtədir.
Sizin sayənizdə Azərbaycan həqiqəti dünyaya yayılır, siyasi, iqtisadi, sosial, humanitar və başqa istiqamətlərdə əldə etdiyimiz uğurları hər kəs görür.
Bizim - Azərbaycan gəncliyinin nidası isə Azərbaycan Prezidentinə inanmaq və 50 milyondan çox azərbaycanlının sinəsində döyünən ürək olmaqdır.
Hər zaman Sizinlə fəxr edir, qürur duyuruq!
Hörmətlə,
Mətin Kamal
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.