Qəhrəman Atakişiyevdən, Qobustan, Azərbaycan


14 oktyabr 2019, 17:00
Hörmətli cənab Prezident.
Sizin yürütdüyünüz uğurlu xarici və daxili siyasət şəxsən mənim və respublikanın hər bir vətəndaşının ürəyincədir. Ərazi bütövlüyümüzün bərpası istiqamətində apardığınız işlər xalqımızda qələbəyə inam hissini daha da gücləndirir.
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında, həmçinin Türkmənistanın Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı qətiyyətli çıxışlarınız, işğalçı ölkənin dövlət başçısına verdiyiniz tutarlı cavablar Sizin qətiyyətinizi sübut etdi. Hər birimiz bu çıxışlarınızı qürur hissi ilə izləyirdik.
Biz əminik ki, qələbəmiz uzaqda deyil. Sizin kimi dövlət başçısı olan ölkənin torpaqları düşmən tapdağında qala bilməz. Mən ehtiyatda olan polis zabiti kimi dövlətin, dövlətçiliyin keşiyində mübariz dayanmışam, hər zaman torpaqlarımızın azad olunmasında iştirak etməyə hazıram. Allah Sizə yar olsun.
Hörmətlə,
Atakişiyev Qəhrəman Bayram oğlu.
Azərbaycan Respublikası, Qobustan rayonu.