logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vaqif İsgəndərovdan, Şamaxı, Azərbaycan

Text size icon-size icon-size

14 oktyabr 2019, 17:20

Möhtərəm cənab Prezident.

Sizin Soçidə və Aşqabadda keçirilən beynəlxalq tədbirlərdə cəsur və məzmunlu çıxışlarınız bizi nə qədər qürurlandırdısa, Ermənistanın baş nazirinin nüfuzuna bir o qədər zərbə vurdu. Çıxışlarınız işğalçı dövlətin başçısının üzərində diplomatik qələbə olmaqla yanaşı, həm də onların mənfur siyasətini beynəlxalq ictimaiyyətə bir daha göstərdi.

Bu çıxışlara görə Sizə təşəkkür və minnətdarliq bildiririk. İnanırıq ki, Sizin yorulmaz fəaliyyətiniz, cəsur addımlarınız böyük qələbəni bizə yaxınlaşdıracaq.

Allah Sizə kömək olsun.

Hörmətlə,

İsgəndərov Vaqif İsgəndər oğlu

Azərbaycan Respublikası, Şamaxı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi