logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sahib Həsənovdan, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

12 oktyabr 2019, 15:00

Möhtərəm cənab Prezident.

Sizin Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınız, “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləriniz işğalçı ölkəyə tutarlı cavab oldu. Bu sözlər cəbhə bölgəsində yaşayan, müharibənin hər ağrı-acısını görən tərtərlilərin də ürəyindən xəbər verdi. Sizinlə bir daha qürur duyduq.

Fəxr edirik ki, Sizin kimi qətiyyətli, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdıran və milli mənafeyimizi daim müdafiə edən Prezidentimiz var. İnanırıq ki, işğal altındakı torpaqlarımız Sizin - Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə azad olunacaq, üçrəngli müqəddəs bayrağımız doğma Qarabağımızda yenidən yüksək zirvələrdə dalğalanacaqdır.

Tərtərlilər həmişə Sizinlədirlər. Uca Tanrı Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Həsənov Sahib.

Azərbaycan Respublikası, Tərtər rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi