logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sevinc Budaqovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

11 oktyabr 2019, 11:00

Hörmətli cənab Prezident.

Rusiyanın Soçi şəhərindəki çıxışınızda əzm və qətiyyətlə söylədiyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyinizi bir daha nümayiş etdirdi. Siz mötəbər tədbirlərdə, beynəlxalq təşkilatların tribunalarından Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu həmişə bildirmisiniz. Bu dəfə də Qarabağın tarixi, əzəli və əbədi Azərbaycan torpağı olduğunu bir daha bütün dünya ictimaiyyətinə bəyan etdiniz.

Əziz və hörmətli Prezidentimiz, tutduğunuz haqq yolunda Sizə uğurlar və qələbələr arzulayırıq.

Hörmətlə,

Budaqova Sevinc Budaq qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi