logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vahid Xəlilovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

09 oktyabr 2019, 17:00

Çox hörmətli cənab Prezident.

Soçidə keçirilən beynəlxalq tədbirdəki çıxışınızı Azərbaycan xalqı böyük maraqla izləyirdi və orada dediyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri özlüyündə bizim üçün bir qələbə mesajı idi. Hər bir azərbaycanlı kimi, biz müəllimlər də inanırıq ki, Sizin müdrik siyasətinizin nəticəsində tezliklə üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.

Nəsimi rayonunda yerləşən 159 nömrəli tam orta məktəbin müəllimləri Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və həmişə Sizinlədirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətinizdə Uca Tanrı Sizə kömək olsun.

Hörmətlə,

Xəlilov Vahid Əziz oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi