logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hafiz Qasımovdan, Sabirabad, Azərbaycan

Text size icon-size icon-size

08 oktyabr 2019, 17:05

Möhtərəm cənab Prezident.

“Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı çıxışınızda ermənilərə sərrast və müdrik cavab verdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

“Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri artıq insanlar arasında müdrik bir kəlama çevrilib. Yerli və xarici mətbuatda da biz bu sözlərin çox məşhurlaşdığını görürük. Çünki əsl həqiqəti söyləmək, yazmaq hər kəsə hər zaman başucalığı gətirir.

Hadisələrin gedişini izləyərkən ataların bir məsəli yadıma düşdü: “Yalan ayaq tutar, amma yeriməz”. Ermənistan baş naziri qeyri-ciddi və həqiqəti əks etdirməyən bəyanat verəndə gərək bu barədə düşünərdi. Ona və onun timsalında bədnam düşmənlərimizə ən layiqli cavabı məhz Siz verdiniz, Azərbaycan xalqının ürəyindən keçəni dediniz.

Cənab Prezident, tutduğunuz bu haqq yolunda xalqımız hər zaman Sizinlədir. Biz bu yolun sonunda işıq görürük və ona tərəf hər zaman inamla addımlayacağıq.

Hörmətlə,

Qasımov Hafiz Nadir oğlu, “Tərəqqi” medallı müəllim.

Azərbaycan Respublikası, Sabirabad rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi