logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Həsən Həsənovdan, Zaqatala, Azərbaycan

Text size icon-size icon-size

08 oktyabr 2019, 15:55

Hörmətli cənab Prezident.

Sizin fəaliyyətiniz dövründə doğma respublikamızda çox böyük işlər görülüb.

2012-ci ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş ailələr üçün Sizin qayğınızla 300-ə yaxın ev tikilib istifadəyə verilib. Eyni zamanda, qəsəbəmizdə iki tam orta məktəb üçün yeni müasir binalar inşa olunub, iki məktəb, üç uşaq bağçası, mədəniyyət evi, idman zalı müasir standartlara uyğun təmir edilib. Sizin Fərmanınızla Əliabad-Yengiyan-Qandax-Muğanlı-Mosul-Əliabad dairəvi avtomobil yolunun yenidən qurulması hamımızı hədsiz sevindirdi.

Hörmətli cənab Prezident, görülmüş bütün bu işlərə görə qəsəbə sakinləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Azərbaycanın daha da inkişafı üçün göstərdiyiniz səylərdə Sizə müvəffəqiyyətlər, uzun ömür və möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Həsənov Həsən Oruc oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Əliabad qəsəbəsi.     

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi