Məhəbbət Dadaşovdan, Salyan, Azərbaycan


08 oktyabr 2019, 14:50
Hörmətli cənab Prezident.
Müəllimlərin peşə bayramı münasibətilə fəxri adlarla təltif edilməsi ilə bağlı 2019-cu il 3 oktyabr tarixli Sərəncamınızda adımı gördükdə bir anlığa hansı hissləri keçirdiyimi Uca Allah bilir. Gənc nəslin təlim-tərbiyəsində, onların Vətənə məhəbbət ruhunda böyüməsində, elmin əsaslarını mənimsəməsində apardığım 42 illik əzab-əziyyətli fəaliyyətimi yüksək qiymətləndirdiyiniz üçün çox sağ olun.
“Əməkdar müəllim” fəxri adı mənim üçün uca dağ zirvəsinin fəth edilməsinə bərabərdir. Bu fəxri ad müəllim zəhmətinə, əməyinə verilən ən böyük qiymətdir. Sizin yaratdığınız münbit şərait biz müəllimləri daha da həvəslə, yaradıcılıqla işləməyə sövq edir.
Cənab Prezident, Sizin bu yaxınlarda Soçidə keçirilən beynəlxalq tədbirdə işlətdiyiniz ifadə - “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” - mənim düşüncəmlə düşmən tərəfə bir güclü sillə oldu.
Bizə bu sevincli və qürurlu anları bəxş etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Dadaşov Məhəbbət Vahub oğlu.
Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı Kürkəndi kəndi.