logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nurməhəmməd Əliyev və başqalarından, Ağdaş, Azərbaycan

Text size icon-size icon-size

08 oktyabr 2019, 12:40

Çox hörmətli cənab Prezident.

Sizin gördüyünüz uğurlu işləri sevinclə qarşılayır və tam dəstəkləyirik. Xüsusilə rayonların və kəndlərin abadlaşdırılması layihələrini yüksək qiymətləndiririk.

Əhalimizin uzun müddət həsrətində olduğu Pirkəkə kəndinin qazlaşdırılması layihəsi uğurla həyata keçirildi. Heydər Əliyev Fondunun hesabına kəndimizdə müasir tipli yeni məktəb binası tikilib istifadəyə verildi. Buna görə biz Fondun prezidenti çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

Uzun illər idi ki, yollarımız yararsız vəziyyətdə idi. Sizin uğurla həyata keçirdiyiniz gözəl işlər sayəsində Pirkəkə kəndinin yollarına asfalt örtüyü döşəndi.

Cənab Prezident, görülən bu işlər kənd sakinlərinin sevincinin üstünə sevinc gətirir. Bizi sevindirdiyiniz üçün Allah-Təala da Sizi hər zaman sevindirsin.

Hörmətlə,

Əliyev Nurməhəmməd

Osmanov Zahir

İsayev Fərman

İsmayılov Elsun

Əliyev Zakir və başqaları (cəmi 10 nəfər).

Azərbaycan Respublikası, Ağdaş rayonu, Pirkəkə kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi