Əbil Zeynalovdan, Bakı, Azərbaycan


08 oktyabr 2019, 12:25
Möhtərəm cənab Prezident.
Oktyabrın 3-də Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı möhtəşəm çıxışınız hər bir vətənpərvər azərbaycanlı kimi, mənim də qəlbimdə qürur və minnətdarlıq hissi doğurdu. Siz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqeyinizi hər zaman ən yüksək tribunalardan cəsarətlə bəyan edirsiniz. Bu mövqe təkcə bəyanatlarda deyil, əməli işlərdə də öz əksini tapır. Sizin apardığınız müdrik siyasət nəticəsində Azərbaycan işğalçı düşmən üzərində hərbi, iqtisadi və mənəvi üstünlük əldə edib. Əminik ki, bu üstünlüyü qələbəyə çevirmək, torpaqlarımızı azad etmək tezliklə mümkün olacaqdır. Soçidə dünyanın diqqətində olan çox mötəbər tədbirdə dediyiniz "Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri bu inamımızı daha da möhkəmləndirdi. İnşallah, biz bu sözləri tezliklə üçrəngli bayrağımızın dalğalanacağı doğma Qarabağımızın hər bir guşəsinə həkk edəcəyik.
Qələbə uğrunda mübarizədə Sizə və xalqımıza uğurlar arzu edirəm. Mən də bu mübarizənin sıravi əsgəri kimi hər zaman əmrinizdəyəm.
Hörmətlə,
Zeynalov Əbil Cahangir oğlu, Qarabağ müharibəsi veteranı, “Məcburi köçkün müharibə veteranlarına dəstək” İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.