logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vüsal Ədilzadədən, Füzuli, Azərbaycan

Text size icon-size icon-size

30 sentyabr 2019, 13:30

Hörmətli cənab Prezident.

Ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən silsilə tədbirlər, imzalanan sərəncamlar hər birimizi çox sevindirir. Gündən-günə çiçəklənən və qüdrətlənən Azərbaycan Respublikasının bütün bölgələrində, o cümlədən məcburi köçkünlərin sıx yaşadığı Füzuli rayonunda da apardığınız düzgün və dayanıqlı siyasətin müsbət nəticələrini görür, fərəhlənirik. Bunun üçün Sizə minnətdarıq.

Bu uğurlu siyasətin bəhrəsi olaraq, minimum aylıq əməkhaqqı 250 manata çatdırılmış, müxtəlif sahələrdə çalışan insanların əmək haqqı və pensiyaları artırılmışdır.

Əziz Prezidentimiz, bir daha Sizə minnətdarlığımızı bildirir, ailənizə xoşbəxtlik diləyir, Azərbaycanın rifahı naminə şərəfli və yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmət və ehtiramla,

Ədilzadə Vüsal Bayaz oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi