logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sucayət Mirzəyevdən, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

28 sentyabr 2019, 12:00

Çox hörmətli cənab İlham Əliyev.

Azərbaycan dövləti üçün gördüyünüz işlər və apardığınız uğurlu siyasət xalqımız tərəfindən çox yüksək razılıqla qarşılanır. Xalqımızı, o cümlədən Azərbaycanda yaşayan bir çox millətlərin nümayəndələrini sevindirirsiniz. Xalqımızın sosial rifahının gündən-günə yaxşılaşması, yeni iş yerlərinin açılması, yaşayış binalarının, məktəb və xəstəxanaların tikilməsi, müharibə veteranlarına və şəhid ailələrinə qayğı göstərilməsi və digər bu kimi işlər saymaqla qurtarmır.

Bizim Təklə kəndində də son dövrlərdə mühüm işlər görülməkdədir. Təklə-Mədətli avtomobil yolunun təmir olunması kənd camaatı tərəfindən sevinclə qarşılandı.

Çox hörmətli cənab Prezident, görülən bu işlərə görə rayonumuzun, eləcə də kəndimizin sakinləri adından Sizə təşəkkür edirəm. Sizə güvənir və Sizin siyasətinizi dəstəkləyirik. Cəlilabadlılar həmişə Sizin yanınızdadırlar.

Hörmətlə,

Mirzəyev Sucayət Qurban oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Təklə kəndi.   

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi