logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ədibə Ələsgərovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

27 sentyabr 2019, 14:00

Hörmətli cənab Prezident.

Biz məcburi köçkünlər Sizdən çox razıyıq. Sizin sayənizdə mənzil-məişət problemlərimiz həll olunur, güzəranımız yaxşılaşır. Bizim ailə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində mənzillə təmin olunmuşdur. Köçkün həyatı yaşamaq əlbəttə ki, ağırdır. Lakin Sizin qayğınız bizə həm maddi, həm də mənəvi dəstəkdir.

Onu da demək istəyirəm ki, bu yaxınlarda övladımın ailə üzvlərinin aylıq müavinəti ilə bağlı yaranmış problem müraciətimizdən sonra müsbət həll olunmuşdur.

Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident!

Siz bizim hər zaman ümid, güvən yerimizsiniz. Allah Sizi pənahında saxlasın!

Hörmətlə,

Ələsgərova Ədibə,

Ağdam rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.     

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi