Firuş Məmmədovdan, Ağcabədi, Azərbaycan


23 sentyabr 2019, 17:55
Hörmətli cənab Prezident.
Bu məktubu Sizə Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində məskunlaşmış Laçın rayonunun Şeylanlı kənd sakinləri adından yazıram. Görülən işlərdən danışmaq, razılığımızı bildirmək istəyirəm.
Hazırda laçınlı məcburi köçkünlər üçün burada 3 müasir tipli qəsəbə salınır. Onlardan biri də Şeylanlı kəndinin camaatı üçün nəzərdə tutulmuşdur. Bu işlərin hamısının Sizin diqqət və qayğınız sayəsində başa gəldiyini bilirik.
Cənab Prezident, ölkəmizdə görülən işlərə baxanda belə qənaətə gəlirik ki, Siz yeni bir Azərbaycan yaratmısınız. Ona görə də Sizə laçınlı ağsaqqallar adından minnətdarlığımızı çatdırıram.
Dərin hörmət və ehtiramla,
Məmmədov Firuş Cəbi oğlu,
Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.