Firəngiz Əlizadədən, Bakı, Azərbaycan


23 sentyabr 2019, 14:00
Möhtərəm cənab Prezident.
Musiqi mədəniyyətimiz üçün çox əlamətdar bir gündə - “Milli Musiqi Günü” ərəfəsində Sizin Sərəncamınız əsasında Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin dövlətimizin yüksək fəxri adları ilə təltif edilməsi xəbərini böyük fərəh hissi ilə qarşıladıq.
Cənab Prezident, Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərini nəzərə alaraq, bəstəkarlarımızın və musiqişünaslarımızın dövlətimizin yüksək fəxri adları ilə mükafatlandırılması münasibətilə Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Bu fəxri adları bütün Azərbaycan Bəstəkarlar İttifaqına verilmiş yüksək qiymət kimi dəyərləndiririk. Sizin böyük diqqət və qayğınız təşkilatımızın bütün üzvlərini daim ruhlandıraraq, onları daha da məhsuldar işləməyə, yeni-yeni gözəl əsərlər yaratmağa sövq edir.
Əmin edirik ki, Azərbaycan bəstəkarları və musiqişünasları Sizin etimadınızı doğruldaraq, milli musiqi mədəniyyətimizin tərəqqisi naminə daha böyük ruh yüksəkliyi və əzmkarlıqla çalışacaqlar.
Sizə möhkəm cansağlığı, uzun ömür, çox gərgin və şərəfli işinizdə, daim inkişaf edən ölkəmizin xoşbəxt gələcəyi naminə yeni-yeni uğurlar diləyirik.
Hörmətlə,
Əlizadə Firəngiz,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.