Sədiqə və Ədilə Orucovalardan, İsmayıllı, Azərbaycan
Text size


20 sentyabr 2019, 18:15
Möhtərəm cənab Prezident.
Ailə həyatı qurmayan, atasız-anasız olan biz iki bacıya göstərdiyiniz atalıq qayğısına, bizim üçün tikdirdiyiniz gözəl evə, yaratdığınız yüksək şəraitə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bizimlə bu evdə son dərəcə səmimi görüşünə görə Sizə və Mehriban xanıma ürəkdən minnətdarlıq edirik.
Zəlzələ nəticəsində evimizin qəzalı vəziyyətə düşməsi bizi narahat edirdi. İndi isə Sizin sayənizdə yeni evimizdə rahat yaşayırıq.
Var olun. Allah dövlətimizi, Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin.
Dərin hörmət və ehtiramla,
Sədiqə və Ədilə Orucovalar
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.