Elnur Ağabəyovdan, Mingəçevir, Azərbaycan


20 sentyabr 2019, 15:35
Çox hörmətli cənab Prezident.
Bu məktubu yazmaqda məqsədim odur ki, gündən-günə inkişaf edən müstəqil Azərbaycan Respublikasının dövlət başçısına – Sizə təşəkkürümü bildirim. Mən bunu özümə bir vətəndaşlıq borcu hesab edirəm. Həm ölkəmiz inkişaf edir, həm də insanları narahat edən məsələlər öz həllini tapır. Həmçinin bildirmək istəyirəm ki, Sizə ünvanladığımız müraciətlərə vaxtında baxılaraq üzləşdiyimiz problemlər qısa müddətdə aradan qaldırılır. Siz öz əməli fəaliyyətinizlə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu sübut edirsiniz. Bütün bunlar onu göstərir ki, xalqımız etibarlı əllərdədir.
Əziz Prezidentimiz, xalqa göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Uca Tanrının nəzəri üzərinizdən əskik olmasın.
Hörmətlə,
Ağabəyov Elnur Şükür oğlu
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.