logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fəxrəddin Qasımov və Sabir Sultanovdan, Ağcabədi, Azərbaycan

Text size icon-size icon-size

17 sentyabr 2019, 17:50

Hörmətli cənab Prezident.

Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı sayəsində ölkəmizdə minlərlə məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Yeni məktəblərdə dərs keçən şagirdlər və onların valideynləri bu işlərin görülməsindən sevinir və razılıqlarını ifadə edirlər. Bu il bu sevinci bizim kəndin sakinləri də yaşadılar. Sizin sərəncamınızla ötən il tikintisinə başlanılan Ağcabədi rayonunun Salmanbəyli kənd orta məktəbinin 432 şagird yerlik yeni binası sentyabr ayının 12-də istifadəyə verildi.

Cənab Prezident, Sizə və Mehriban xanıma öz dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Qasımov Fəxrəddin Məhəmməd oğlu,

Sultanov Sabir İsmayıl oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Salmanbəyli kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi