logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səməd Səmədov və başqalarından, Ağdaş, Azərbaycan

Text size icon-size icon-size

17 sentyabr 2019, 17:35

Hörmətli cənab Prezident.

Bu məktubu yazmaqla Sizə öz xoş arzularımızı və təşəkkürümüzü çatdırmaq istəyirik. Bizim Ərəbocağı kəndi Ağdaş rayon mərkəzindən xeyli aralıda yerləşir. Uzun illər gediş-gəlişdə çox əziyyət çəkmişik. Bu əziyyətimiz artıq sona çatmışdır. Kəndimizə keyfiyyətli asfalt yol çəkilmişdir.

Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, təkcə bizim kəndimizdə deyil, respublikanın ən ucqar kəndlərində belə abadlıq-quruculuq işləri görülür. Çəkilməsi nəzərdə tutulan Yuxarı Şirvan su kanalı da buna bir misaldır. Bizim kənddən də keçəcək bu kanal suvarma suyu probleminin aradan qaldırılmasına, məhsuldarlığın yüksəlməsinə səbəb olacaqdır. Bu işlər Sizin ölkə əhalisinə verdiyiniz dəyərin, göstərdiyiniz qayğının nəticəsidir.

Sizə Ərəbocağı kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Səmədov Səməd Fərman oğlu,

Məmmədov Teymur Kərim oğlu,

Nəzirov Müsamin Xalid oğlu,

Xəlilov Cavanşir Əlibaba oğlu,

Abdullayev Sahib Gözəl oğlu və başqaları (cəmi 20 nəfər)

Azərbaycan Respublikası, Ağdaş rayonu, Ərəbocağı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi