Məhəmməd Məmmədovdan, Tərtər, Azərbaycan


16 sentyabr 2019, 18:00
Möhtərəm cənab Prezident.
Siz öz fəaliyyətinizlə xalqımızın ümidlərini doğruldur, etimadını daha da artırırsınız. Sizin sayənizdə problemlərimiz həll olunur, yaşayış şəraitimiz ildən-ilə yaxşılaşır. Tərtər rayonunun Hüsənli kəndinin sakinlərini narahat edən əsas məsələlərdən biri avtomobil yolu idi. Bununla əlaqədar kollektiv şəkildə Sizə müraciət ünvanlamışdıq. Müraciətimizə diqqətlə yanaşılmış və artıq, yolda təmir işlərinə başlanılmışdır. Bu amil ölkəmizdə dövlət-vətəndaş, xalq-iqtidar münasibətlərinin yaxşı səviyyədə olduğunu bir daha göstərir.
Əziz Prezidentimiz, Hüsənli kəndinin sakinləri adından Sizə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Yolunuz hər zaman işıqlı, işləriniz avand olsun.
Hörmətlə,
Məmmədov Məhəmməd Cəlal oğlu
Azərbaycan Respublikası, Tərtər rayonu, Hüsənli kəndi.