logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nail Mirzəyevdən, Quba, Azərbaycan

Text size icon-size icon-size

14 sentyabr 2019, 13:30

Möhtərəm cənab Prezident.

Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasət əhalinin güzəranını yaxşılaşdırmaqla yanaşı, dövlətimizə və şəxsən Sizə olan inamı, güvəni, etimadı daha da artırır. Qədirbilən xalqımız görülən işləri hər zaman yüksək qiymətləndirir. Çünki, hər şey göz qabağındadır. Bugünkü reallığı görmək, onu keçmişlə müqayisə etmək sadəcə olaraq hər bir insandan dürüstlük və əsl vətəndaşlıq mövqeyi tələb edir.

Mən poçt işçisiyəm. Sizin sərəncamınızla əməkhaqqıların artırılması mənim də maddi gəlirimə müsbət təsir göstərmişdir. Sakit, əmin-amanlığın hökm sürdüyü bir ölkədə normal yaşayıram və bundan da yaxşı olacağına inanıram. Ona görə ki, Sizin dediklərinizin, xalqa verdiyiniz vədlərin həyatda reallaşdığını görürük.

Möhtərəm Prezident, Sizə ilk növbədə möhkəm cansağlığı arzulayıram. Siz xalqa arxalandığınız kimi, xalq da Sizə arxalanır.

Hörmətlə,

Mirzəyev Nail Firdovsi oğlu

Azərbaycan Respublikası, Quba rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi