Sayarı Heydərovadan, Bakı, Azərbaycan


13 sentyabr 2019, 14:30
Hörmətli cənab Prezident.
Sizin həyata keçirdiyiniz və məhkəmə-hüquq sistemində parlaq əksini tapan uğurlu siyasətiniz Azərbaycan Respublikasının vətəndaşlarını, xüsusilə də biz hüquq müdafiəçilərini sevindirir. Bu yaxınlarda iştirak etdiyim məhkəmə prosesində ədalətli qərarın qəbul olunması həm mənə, həm də hüquqlarını müdafiə etdiyim şəxsə böyük təəssürat bəxş etdi.
Cənab Prezident, inanırıq ki, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar Azərbaycan vətəndaşlarının hüquqlarının daha da yaxşı təmin olunmasına öz töhfəsini verəcəkdir. Sizə dövlətimizin inkişafı yolunda yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Heydərova Sayarı Rövşən qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.