Əhməd Quliyevdən, Gədəbəy, Azərbaycan


05 sentyabr 2019, 12:10
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək hazırda dünyanın qabaqcıl ölkələri sırasındadır. Həyata keçirdiyiniz tədbirlər onu deməyə əsas verir ki, xalqla hakimiyyət arasında sıx birlik var. Azərbaycan xalqı Sizi dəstəkləyir və dəstəkləyəcəkdir. Biz gənclər Sizin diqqətinizi üzərimizdə daim hiss edirik.
Müvafıq sərəncamlarınıza əsasən pensiya və əmək haqlarında olan yüksək artım bir vətəndaş olaraq məni də çox sevindirdi. Çıxışınızda qeyd etdiyiniz kimi, bu il həqiqətən də sosial islahat ili oldu. Azərbaycan xalqına olan diqqətinizə görə Sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Quliyev Əhməd Leysan oğlu
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Çalburun kəndi.