2011-ci il iyunun 29-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
26 oktyabr 2011, 21:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il iyunun 29-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2011-ci il.