Slovakiya Respublikasının Prezidenti Zati-aliləri xanım Zuzana Çaputovaya
Text size
31 avqust 2019, 15:05
Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2019-cu il.