ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayerdən
31 avqust 2019, 14:10
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya
Zati-aliləri.
İcazə verin, ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Bu xoş fürsətdən istifadə edərək, istər İslam dünyasında, istərsə də onun sərhədləri xaricində qadınların səlahiyyətləndirilməsinin daha da inkişaf etdirilməsinə yönəlmiş fəaliyyətinizə görə də Sizi təbrik etmək istərdim. Siz liderlik xüsusiyyətlərini, Azərbaycan Respublikasına xas olan tolerantlıq, insanlıq və qayğıkeşlik kimi dəyərləri özünüzdə layiqincə təcəssüm etdirirsiniz.
Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, eləcə də UNESKO və ISESKO kimi beynəlxalq təşkilatların xoşməramlı səfiri vəzifələrindəki əvəzsiz fəaliyyətiniz Azərbaycan xalqı, xüsusilə də Azərbaycan qadını üçün gözəl bir nümunədir. Siz bütün dünyada saysız-hesabsız pərəstişkarlarınız üçün bələdçi və ilham mənbəyisiniz.
Mən həyat yoldaşım Simi ilə birlikdə noyabr ayında Bakıya yenidən qayıtmağı və həmin səfər zamanı Sizinlə görüşmək şərəfinə nail olmağı səbirsizliklə gözləyirəm.
Dərin hörmətlə,
Ravvin Mark Şnayer
ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti