logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

26 oktyabr 2011, 21:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №3, maddə 162, №7, maddə 533, №12, maddə 983; 2010, №2, maddə 80, №10, maddə 851) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.2.10-1-ci yarımbəndində “qiymətli kağızların idarə olunması üzrə peşəkar” sözləri “aktivlərin idarə edilməsi üzrə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2011-ci il. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi