logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Emin Hüseynovdan, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

29 avqust 2019, 14:00

Möhtərəm cənab Prezident.

Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığı və ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş, həmin vaxtdan taleyini ümummilli lider Heydər Əliyevə etibar etmişdir. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı xalq tərəfindən ümid və sevinclə qarşılanmış, həmin gün müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılmışdır.

Ulu Öndərin möhkəm təməllər üzərində qurub-yaratdığı müasir Azərbaycan Sizin sayənizdə sürətlə inkişaf edərək dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilib. Ölkəmizin bugünkü inkişaf səviyyəsi Sizin Ulu Öndərin layiqli davamçısı olduğunuzu göstərir. Harada olmağımızdan asılı olmayaraq, mən və ətrafımda olan dostlarım hər zaman Sizə dəstək olacağıq. Çünki biz Sizə güvənirik və xalqımız üçün etdiklərinizi unuda bilmərik.

Hörmətlə,

Hüseynov Emin Aydın oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi