logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mahmud Məmmədovdan, Qazax, Azərbaycan

Text size icon-size icon-size

28 avqust 2019, 11:30

Hörmətli cənab Prezident.

Kəndimizin sakinləri adından Sizi salamlayır, bizim üçün gördüyünüz işlərə görə Sizə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayırıq. Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində bütün Azərbaycan abadlaşıb və gözəlləşib.

Bizim Qazax rayonunun Fərəhli kəndi ucqar sərhəd kəndlərindən biridir. Məktəbimiz, tibb məntəqəmiz, digər infrastruktur obyektləri yenilənib və müasirləşib, yollarımız əsaslı təmir olunub.

Əziz Prezidentimiz, bizim üçün belə gözəl şərait yaratdığınıza görə bir daha Sizə təşəkkür edirəm. Allah ömrünüzü uzun etsin.

Hörmətlə,

Məmmədov Mahmud.

Azərbaycan Respublikası, Qazax rayonu, Fərəhli kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi