logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Arzu İsmayılov və Tahir Aşırovdan, Goranboy, Azərbaycan

Text size icon-size icon-size

27 avqust 2019, 15:00

Çox hörmətli cənab Prezident.

Goranboy rayonu, həmçinin sakini olduğumuz Səfikürd kəndi uzun müddət suvarma suyu sarıdan əziyyət çəkib. Əsas məşğuliyyətimiz əkinçilik olduğundan su çatışmazlığının aradan qaldırılması bizim üçün çox vacibdir.

Son illər ərzində görülən məqsədyönlü tədbirlər sayəsində rayonumuzun su problemi həll olunmaqdadır. Sizin Sərəncamınızla təsdiq edilmiş dövlət proqramına əsasən qarşıdakı illərdə rayonumuzun əksər kəndlərində, o cümlədən bizim kəndimizdə yeni subartezian quyularının qazılacağı barədə xəbər bizi həm sevindirdi, həm də həvəsləndirdi. Bundan əlavə, Sizin qayğı və dəstəyinizlə Şəmkir maşın kanalının növbəti hissəsinin tikintisi də davam etdirilir. Bu kanalın ikinci mərhələsi bizim kəndin ərazisindən keçəcək və su təminatımızı daha da yaxşılaşdıracaq.

Əziz Prezidentimiz, ailəmiz adından və Səfikürd kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə uzun ömür versin.

Hörmətlə,

İsmayılov Arzu

Aşırov Tahir.

Azərbaycan Respublikası, Goranboy rayonu, Səfikürd kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi