Xeyransa Xəlilovadan, Gəncə, Azərbaycan


27 avqust 2019, 12:20
Çox hörmətli Prezidentimiz cənab İlham Əliyev.
Siz xalqımızın rifahının yaxşılaşması üçün böyük işlər görürsünüz. Eyni zamanda, ailə üzvləriniz də səfərbər olaraq xeyriyyə işləri ilə məşğul olurlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanımın dəstəyi ilə övladım İsmayıl artıq bir aydır ki, Türkiyədə müalicə alır. Buna görə Sizə və ailənizə çox minnətdarıq. Ömrümüzün sonuna kimi Sizi dəstəkləyəcək və Sizə dua edəcəyik. Çox sağ olun. Nə yaxşı ki, Siz varsınız və nə yaxşı ki, bizim Prezidentimizsiniz.
Sizin məqsədyönlü siyasətiniz və təhsilə verdiyiniz yüksək dəyər nəticəsində müəllimlərin də sosial rifahı ildən-ilə yaxşılaşmaqdadır. Mən müvafiq imtahanda iştirak edib yüksək bal toplayaraq Gəncə şəhər 2 saylı tam orta məktəbdə müəllim işləyirəm. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Ailəmiz və qohumlarımız adından Sizə və ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Xəlilova Xeyransa Əlövsət qızı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.