Vahid Hüseynovdan, Bakı, Azərbaycan


26 avqust 2019, 18:36
Hörmətli cənab Prezident.
Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində Azərbaycan dünyada idman ölkəsi ikimi tanınır. İdmana və idmançılara göstərdiyiniz xüsusi qayğı və dəstək bir veteran idmançı olaraq məni qürurlandırmaya bilməz. İdmana göstərilən dövlət dəstəyi sayəsində Pirallahıda yaradılan stadionlar, idman meydançaları gənc nəslin təlim-tərbiyəsində, yeni idmançıların yetişdirilməsində əhəmiyyətli rol oynayır.
Əziz Prezidentimiz, Pirallahıya göstərdiyiniz yüksək diqqət və qayğı bütün rayon sakinləri kimi, məni də çox sevindirir. Bütün bunlara görə Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Tanrı Sizi və ailənizi qorusun.
Dərin hörmətlə,
Hüseynov Vahid Ömər oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.