15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
26 avqust 2019, 18:26
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 142; 2002, № 6, maddə 328; 2004, № 7, maddə 505; 2006, № 12, maddə 1033; 2007, № 1, maddə 4; 2010, № 5, maddə 386; 2011, № 2, maddə 71, № 12, maddə 1086; 2012, № 2, maddə 62; 2013, № 5, maddə 466, № 7, maddə 796; 2016, № 2, maddə 198; 2017, № 12 (I kitab), maddə 2264; 2018, № 10, maddə 1981, № 11, maddə 2215) 9.1-ci maddəsində “2020-ci” sözləri (hər iki halda) “2022-ci” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 470, № 12, maddə 1501; 2015, № 6, maddə 682; 2016, № 2 (I kitab), maddə 199, № 12, maddə 2026; 2017, № 12 (I kitab), maddə 2241; 2018, № 7 (I kitab), maddə 1433) 2-ci maddəsində “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 475, № 12, maddə 1505; 2015, № 6, maddə 682; 2016, № 11, maddə 1757; 2017, № 1, maddə 28, № 12 (I kitab), maddə 2241; 2018, № 7 (I kitab), maddə 1433) 2-ci maddəsində “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin.
Maddə 4. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 83, № 11, maddə 1364; 2015, № 6, maddə 682; 2018, № 10, maddə 1982; 2019, № 3, maddə 370) 8-ci maddəsində “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin.
Maddə 5. “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1317-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1083) 2-ci maddəsində “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin.
Maddə 6. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1468-VQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 371) 2-ci maddəsində “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin.
Maddə 7. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1469-VQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 372) 2-ci maddəsində “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2019-cu il.