Aytən Əliyeva və başqalarından, Bakı, Azərbaycan


23 avqust 2019, 14:30
Hörmətli cənab Prezident.
Ölkəmizin hər bölgəsi kimi, Pirallahı rayonu da gündən-günə öz simasını dəyişir və füsunkar görkəm alır. Son zamanlar rayonumuzda abadlıq-quruculuq işləri daha geniş vüsət alıb. Yeni parklar, yaşıllıqlar salınıb, idman və uşaq meydançaları yaradılıb.
Sizin və Mehriban xanım Əliyevanın bu günlərdə açılışında iştirak etdiyiniz “Mirvari” parkı isə sakinlərin ən sevimli istirahət məkanına çevrilib. Axşamlar burada dincələnlərin sayı çox olur. Həmin insanların çöhrəsində və sözlərində razılıq ifadə olunur.
Hörmətli cənab Prezident, Siz bu rayonun həm yaradıcısı, həm də qurucususunuz. Bütün bunlara görə Sizə minnətdarıq. Sizə və ailənizə möhkəm cansağlığı, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq. Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Əliyeva Aytən Nağı qızı
Mikayılov Qabil Şakir oğlu
Bəbirov Yaşar Əzizağa oğlu
Vəliyev Nurlan Heydər oğlu
Hacıyeva Zəminə Əli qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.