logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bilal Bəşirov və başqalarından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

22 avqust 2019, 17:30

Möhtərəm cənab Prezident.

Biz məcburi köçkünlər 25 ildən çox idi ki, Pirallahı qəsəbəsində qəzalı və hər an uçmaq təhlükəsi olan köhnə xəstəxana və sanatoriya binalarında məskunlaşmışdıq. Sizin və Mehriban xanım Əliyevanın diqqət və qayğınız, eyni zamanda, dəstəyiniz nəticəsində Pirallahı rayonunda məcburi köçkünlər üçün binalar tikilib istifadəyə verildi. Artıq yeni mənzillərə köçmüşük, şəraitimiz çox yaxşıdır. Yeni tədris ilindən etibarən övladlarımız burada istifadəyə verilmiş yeni məktəbdə təhsil alacaqlar. Bu, bizim hədsiz sevincimizə səbəb olub. Gün o gün olsun ki, Sizin rəhbərliyinizlə bu sevinc hissini işğaldan azad ediləcək əzəli torpaqlarımızda - Qarabağda bölüşək.

Əziz Prezidentimiz, göstərilən diqqət və qayğıya görə məcburi köçkünlər adından Sizə və Mehriban xanıma təşəkkür edir, möhkəm cansağlığı, müstəqil Azərbaycanın inkişafı yolunda işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Bəşirov Bilal İslam oğlu

Hacıyev İlqar Əli oğlu

Cabbarov Anar İsgəndər oğlu

Rəhimova Sevinc Mürsəl qızı

Xıdırova Tamara Xasay qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi