logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şirəli Qasımovdan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

21 avqust 2019, 18:15

Hörmətli cənab Prezident.

Sizin bölgələrin sosial-iqtisadi inkişafına dair tapşırıqlarınızın icrası nəticəsində Mingəçevir şəhəri də gündən-günə gözəlləşir və inkişaf edir. Bu işlərin həyata keçirilməsində sakinlərin təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır.

Bizim yaşadığımız məhəllədə abadlıq-quruculuq işlərinin aparılması, əyləncə, istirahət, idman guşələrinin yaradılması xahişi ilə sakinlər adından müraciət etmişdik. Müraciətimizə dərhal baxıldı və məhəlləmizdə yaşıllıq, abadlıq işləri aparıldı, “Abad həyət” layihəsi çərçivəsində burada müxtəlif idman qurğuları, uşaqlar üçün müxtəlif attraksionlar quraşdırıldı, mini-futbol və basketbol meydançaları salındı, yaşlı insanların istirahəti üçün guşələr yaradıldı. Bir sözlə, sakinlər üçün yaxşı bir istirahət məkanı salındı.

Hazırda uşaqlar da, böyüklər də yeni salınmış bu parkda istirahət edir, idmanla məşğul olur və əylənirlər. Bu şəraitin yaradılmasına görə bütün sakinlər adından Sizə təşəkkürümüzü bildirir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Qasımov Şirəli Azazil oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi