Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

19 avqust 2019, 19:55


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 17-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1 (I kitab), maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1534-VQD nömrəli, 9 aprel tarixli 1558-VQD, 1561-VQD, 1562-VQD nömrəli, 3 may tarixli 1577-VQD, 1583-VQD nömrəli, 17 may tarixli 1595-VQD nömrəli və 13 iyun tarixli 1609-VQD nömrəli qanunları) 220-ci maddəsinin adında, 220.1-ci və 220.2-ci maddələrində “sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30; Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9.0.5-ci maddəyə “(şəhadətnamələrini)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatını, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı” sözləri əlavə edilsin;

2.2. 92.2.3-cü maddəyə “(şəhadətnamələrlə)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış ilə” sözləri əlavə edilsin.

Maddə 3. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2004, № 2, maddə 57; 2007, № 10, maddə 938; 2014, № 8, maddə 959, № 11, maddə 1366) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci maddə üzrə:

3.1.1. həmin maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Balıqçılıq haqqında qanunvericilik bu Qanundan, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.”;

3.1.2. həmin maddənin ikinci hissəsinə “məhsulunun” sözündən sonra “minimum” sözü əlavə edilsin;

3.2. 13-cü maddə üzrə:

3.2.1. birinci və ikinci hissələr aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər.

Balıq məhsulları “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq qablaşdırılır və etiketləşdirilir.”;

3.2.2. altıncı hissədə “Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda” sözləri ilə əvəz edilsin;

3.2.3. yeddinci hissə ləğv edilsin.

Maddə 4. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257; 2013, № 11, maddə 1290; 2014, № 11, maddə 1365; 2015, № 11, maddə 1252; 2017, № 5, maddələr 718, 747; 2018, № 4, maddə 642, № 12 (II kitab), maddə 2492) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci maddənin birinci hissəsinin on üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər – qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr.”;

4.2. 5-ci maddə üzrə:

4.2.1. birinci hissədən “standartlar,” sözü çıxarılsın;

4.2.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.”;

4.2.3. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Qida məhsullarının istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.”;

4.2.4. dördüncü hissədən “texniki reqlamentlərin və” sözləri çıxarılsın;

4.3. 6-cı maddənin üçüncü hissəsinin birinci cümləsində “qanunvericiliyə uyğun olaraq” sözləri “müvafiq qaydada” sözləri ilə əvəz edilsin;

4.4. 7.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“7.3. Vergi uçotuna alınmasına baxmayaraq, qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida məhsulları sahəsində fəaliyyət göstərməsi qadağandır.”;

4.5. 8-ci maddənin birinci hissəsinə “istehsalı” sözündən sonra “, qablaşdırılması” sözü əlavə edilsin;

4.6. 9-cu maddə üzrə:

4.6.1. birinci hissənin üçüncü abzasından “və dövlət reyestrində qeydiyyatı” sözləri çıxarılsın;

4.6.2. yeddinci hissədən “və müvafiq qaydada dövlət reyestrində qeydiyyata alınır” sözləri çıxarılsın;

4.7. 11-ci maddənin ikinci hissəsindən “texniki reqlamentlərdə və” sözləri, 11-ci maddənin üçüncü hissəsindən, 12-ci maddədən, 13-cü maddənin ikinci və üçüncü hissələrindən, 14-cü maddənin birinci hissəsindən və 21-ci maddənin dördüncü abzasından “texniki reqlamentlərin və” sözləri çıxarılsın;

4.8. 14-cü maddənin ikinci hissəsinin birinci cümləsi çıxarılsın.

Maddə 5. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 491; 2004, № 2, maddə 57; 2007, № 5, maddə 397; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1373; 2016, № 7, maddə 1241; 2017, № 5, maddə 717; 2018, № 1, maddə 17) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci maddə üzrə:

5.1.1. 1.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.4. taxılın və taxıl emalı məhsullarının minimum keyfiyyəti – taxıl məhsullarının istehlak xassələrinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunluğu;”;

5.1.2. aşağıdakı məzmunda 1.0.5-ci maddə əlavə edilsin:

“1.0.5. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar - “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş texniki normativ hüquqi aktlar.”;

5.2. 2.1-ci maddəyə “bu Qanundan” sözlərindən sonra “, Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan” sözləri əlavə edilsin;

5.3. 2.2-ci maddəyə “təşkili,” sözündən, 3.2, 10.0.4, 13.3, 15.1, 15.2, 15.3 və 15.3.1-ci maddələrə, 15-ci maddənin adına “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin, 6.1-ci maddəyə “keyfiyyətinin” sözündən əvvəl “minimum” sözü əlavə edilsin, IV fəslin adına “MƏHSULLARININ” sözündən sonra “MİNİMUM” sözü əlavə edilsin;

5.4. 8.3-cü maddədə “standartlara və tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;

5.5. 11.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“11.2. Azərbaycan Respublikasına idxal olunan taxıl məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan taxıl məhsullarının istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur.”;

5.6. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 12. Taxıl məhsullarının minimum keyfiyyətinin təmin edilməsi

12.1. Taxıl məhsullarının minimum keyfiyyəti “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq təmin edilir.

12.2. Keyfiyyət göstəricilərinin müvafiq standartda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında taxıl məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”;

5.7. 13-cü maddə üzrə:

5.7.1. adında “keyfiyyətinə dair tələblərin normalaşdırılması” sözləri “minimum keyfiyyətinə dair tələblər” sözləri ilə əvəz edilsin;

5.7.2. 13.1-ci maddəyə “Taxılın” sözündən sonra “minimum” sözü əlavə edilsin, həmin maddədə “standartların və tələblərin” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

5.7.3. 13.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13.2. Taxıl emalı məhsullarının minimum keyfiyyətinin təmin olunması sahəsində tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunur.”;

5.8. 14.3-cü, 14.4-cü və 14.5-ci maddələr ləğv edilsin;

5.9. 15-ci maddə üzrə:

5.9.1. 15.1-ci, 15.3.1-ci və 15.3.7-ci maddələrdə “standartlara və tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;

5.9.2. 15.3.7-ci maddəyə “keyfiyyət” sözündən əvvəl “minimum” sözü əlavə edilsin;

5.9.3. aşağıdakı məzmunda 15.3.7-1-ci maddə əlavə edilsin:

“15.3.7-1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sahibkarlıq subyektlərində yoxlamaların aparılmasını, o cümlədən məhdudlaşdırıcı tədbirlərin tətbiqini həyata keçirmək;”;

5.9.4. 15.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“15.4. Taxıl məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”.

Maddə 6. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3; 2003, № 1, maddə 15, № 12 (I kitab), maddə 674; 2005, № 4, maddə 278; 2007, № 5, maddə 397, № 10, maddə 938; 2008, № 12, maddə 1044; 2013, № 11, maddə 1291; 2016, № 1, maddə 29; 2017, № 5, maddə 716, № 7, maddə 1264; 2018, № 6, maddə 1163; 2019, № 4, maddə 577) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.1-ci maddəyə “bu Qanundan” sözlərindən sonra “, Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan” sözləri əlavə edilsin;

6.2. 5.0.7-ci maddəyə, 27-ci maddənin adına “məhsullarının” sözündən sonra “minimum” sözü, VI fəslin adına isə “MƏHSULLARININ” sözündən sonra “MİNİMUM” sözü əlavə edilsin;

6.3. aşağıdakı məzmunda 6.4-cü və 6.5-ci maddələr əlavə edilsin:

“6.4. Üzüm əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan təlimatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

6.5. Yüksək keyfiyyətli (markalı) şərab və brendi (konyak) məhsullarının hazırlanması daxil olmaqla, üzümlüklərin salınması və üzüm əkini materiallarının yetişdirilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər onların sort tərkibinin təmizliyinə və fitosanitar vəziyyətinə, sortluq və əkin keyfiyyətinə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.”;

6.4. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 7. Əmtəəlik üzüm məhsulları və üzüm məhsullarının istehsalı texnologiyaları üzrə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar

Əmtəəlik üzüm məhsulları və üzüm məhsullarının istehsalı texnologiyaları üzrə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilir.”;

6.5. 8.3-cü maddədə “qüvvədə olan normativ sənədlərlə” sözləri “bu Qanunun 7-ci maddəsində göstərilən texniki normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;

6.6. 9.1-ci maddədə “müvafiq standartların tələblərinə, təsdiq edilmiş aqrotexniki və texnoloji təlimatlara, habelə sanitariya normalarına və qaydalarına” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

6.7. 9.2, 12.4, 14.3.3, 14.8, 14.9, 14.14, 15.8, 16, 21.3, 23, 24.2, 24.3, 25, 26.3-cü maddələr ləğv edilsin;

6.8. 9.3-cü maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və bu Qanunun 15-ci maddələrinə” sözləri ilə əvəz edilsin;

6.9. 10.3-cü maddədə “müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiq edilmiş texnoloji təlimatlara” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

6.10. 11.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“11.8. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında şərabçılıq məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”;

6.11. 12-ci maddə üzrə:

6.11.1. 12.3-cü maddənin birinci cümləsində “qüvvədə olan standartların” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

6.11.2. 12.3-cü maddənin ikinci cümləsində “texnoloji təlimat tərtib edilir və məhsulun attestasiyası zamanı təsdiq olunur” sözləri “reseptura təsdiq olunur” sözləri ilə əvəz edilsin;

6.11.3. 12.6-cı maddənin birinci cümləsində “müvafiq qaydada təsdiq edilmiş normativ sənədlərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;

6.12. 13.5-ci maddədə “müvafiq standartların tələblərinə, təsdiq edilmiş texnoloji təlimatlara, habelə sanitariya normalarına və qaydalarına” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

6.13. 14-cü maddə üzrə:

6.13.1. 14.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“14.10. Yeni ad altında istehsal olunan şərabçılıq məhsulları “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq patentləşdirilir.”;

6.13.2. 14.12-ci maddədən “qanunvericiliyə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmalı, istehlak bazarına attestasiya edilməli və” sözləri çıxarılsın;

6.13.3. 14.13-cü maddədən “, dövlət reyestrində qeydiyyata alınmasına və attestasiyasına” sözləri çıxarılsın;

6.14. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“15.1. Şərabçılıq məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, saxlanması və daşınması “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.”;

6.15. 15-1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“15-1.6. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şərabçılıq məhsullarının istehsalçıları və ya idxalçıları qida təhlükəsizliyi qeydiyyatına alındıqda və ya qida təhlükəsizliyi qeydiyyatından keçməyən idxalçının məhsulu qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olduqda həmin məhsulların reklamına icazə verilir. Reklamda istehsalçının qida təhlükəsizliyi qeydiyyatı və ya qida təhlükəsizliyi sertifikatının nömrəsi, verilməsi tarixi və onu verən orqanın adı göstərilməlidir.”;

6.16. 20.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“20.3. Azərbaycan Respublikasına idxal olunan şərabçılıq məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan şərabçılıq məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.”;

6.17. 21.4.4-cü və 21.4.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“21.4.4. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şərabçılıq məhsullarının istehsalçıları və ya idxalçıları qida təhlükəsizliyi qeydiyyatına alınmadıqda və ya qida təhlükəsizliyi qeydiyyatından keçməyən idxalçının məhsulunun qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı olmadıqda;

21.4.5. məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlmədikdə və ya genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;”;

6.18. 22-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 22. Məhdudlaşdırıcı tədbirlərin tətbiqi

22.1. Sahibkarlıq subyektlərində yoxlamaların aparılması, o cümlədən məhdudlaşdırıcı tədbirlərin tətbiqi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada həyata keçirilir.

22.2. Dövriyyədən çıxarılmış şərabçılıq məhsullarının məhv edilməsi və ya istifadə edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

22.3. Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddətdə onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq xüsusi rejim yaradıla bilər.”;

6.19. 26.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“26.1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçıları və ya idxalatçıları qida təhlükəsizliyi qeydiyyatına alınmayan və qida təhlükəsizliyi sertifikatına malik olmayan, patent hüququ başqasına məxsus olan, etiketində istehsal olunduğu yer göstərilməyən və ya yanlış göstərilən, istehsal mənşəyi və ya əmtəə nişanı yanlış olan şərabçılıq məhsulları saxta hesab olunur.”;

6.20. 27-ci maddə üzrə:

6.20.1. 27.1-ci maddədə “normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;

6.20.2. 27.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“27.2. Şərabçılıq məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.”;

6.20.3. 27.3-cü maddə ləğv edilsin.

Maddə 7. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 10) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2-ci maddəyə “bu Qanundan” sözlərindən sonra “, Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan” sözləri əlavə edilsin;

7.2. 5.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5.0.5. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə müvafiq olaraq yodlaşdırılmış duzun istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirmə və satış şərtlərini müəyyən edən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların məcburiliyi.”;

7.3. 6.2, 6.3 və 11-ci maddələrə ismin müvafiq hallarında “keyfiyyət” sözündən əvvəl “minimum” sözü əlavə edilsin, həmin maddələrdə ismin müvafiq hallarında “standartlar və tələblər” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri” sözləri ilə əvəz edilsin;

7.4. 7-ci maddə üzrə:

7.4.1. 7.1-ci maddənin birinci cümləsinə “keyfiyyəti” sözündən əvvəl “minimum” sözü əlavə edilsin və həmin cümlədə “standartlara və tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;

7.4.2. 7.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.2. Duzun istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirmə və satış şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.”;

7.4.3. 7.3-cü maddə ləğv edilsin;

7.5. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 8. Yodlaşdırılmış duzun istehsalı və idxalına dair tələblər

8.1. Azərbaycan Respublikasında yodlaşdırılmış duzun istehsalçılarının fəaliyyəti qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır, məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır.

8.2. Azərbaycan Respublikasına idxal olunan yodlaşdırılmış duz müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yodlaşdırılmış duzun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur.

8.3. Yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır.

8.4. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yodlaşdırılmış duz akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”.

Maddə 8. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 881; 2007, № 12, maddə 1218; 2016, № 7, maddə 1242; 2017, № 1, maddə 7, № 5, maddə 715, № 12 (I kitab), maddə 2209; 2019, № 1, maddə 10) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.0.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.6-cı maddə əlavə edilsin:

“1.0.6. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar – “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş texniki normativ hüquqi aktlar.”;

8.2. 2.1-ci maddəyə “bu Qanundan” sözlərindən sonra “, Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan” sözləri əlavə edilsin;

8.3. 2.2-ci maddəyə “keyfiyyətinə” sözündən əvvəl “minimum” sözü əlavə edilsin;

8.4. 6.0.4-cü maddəyə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin;

8.5. aşağıdakı məzmunda 10.4-cü maddə əlavə edilsin:

“10.4. Çay əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini tənzimləyən təlimatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

8.6. 11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 11. Yaşıl çay yarpağının istehsalı texnologiyaları üzrə hüquqi tənzimləmə

11.1. Yaşıl çay yarpağının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma, bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsal, daşınma, saxlanma, qablaşdırılma, etiketləşdirilmə və satış şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

11.2. Yaşıl çay yarpağının becərilməsində istifadə edilən kimyəvi maddələrin, bioloji və digər preparatların yol verilən hədləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla tənzimlənir.”;

8.7. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 12. Yaşıl çay yarpağının emalı, çay məhsullarının istehsalı və çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlara dair tələblər

12.1. Yaşıl çay yarpağının emalı xüsusi texnologiyalar əsasında yarpağın ilkin emalını və çay məhsullarının istehsalını əhatə edir və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara və təsdiq edilmiş resepturaya uyğun olaraq həyata keçirilir.

12.2. Əmtəəlik yaşıl çay yarpağının məhsullarının istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

12.3. Çay məhsullarının tərkibindəki kofeinin və taninin miqdarı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş həddən az, nəmliyi və metalmaqnit qarışıqlarının miqdarı isə çox ola bilməz.

12.4. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada elektron nəzarət cihazları və avtomatlaşdırılmış kütlə nəzarət sayğacları ilə təchiz edilməlidir.

12.5. Yaşıl çay yarpağının emalında tərkibində narkotik vasitələr və psixotrop maddələr olan kimyəvi, bioloji və digər preparatların istifadəsinə yol verilmir.

12.6. Yeni çay markası istehsalata hazırlanarkən onların tərkibinin, keyfiyyət göstəricilərinin, insan orqanizmi üçün təhlükəsizliyinin və yararlılıq müddətinin müvafiq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunluğu müəyyən olunur, bu göstəricilər məhsulun normativ sənədlərinə daxil edilir.

12.7. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında çay məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”;

8.8. 13-cü maddə üzrə:

8.8.1. 13.1-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;

8.8.2. 13.2-13.4, 13.6, 14, 15, 16.5 və 20-ci maddələr ləğv edilsin;

8.9. 16.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“16.4. Çay məhsullarının yeni markası “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq patentləşdirilir.”;

8.10. 17-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 17. Çay məhsullarının reklamı

Çay məhsullarının reklamı “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;

8.11. 18.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“18.3. Azərbaycan Respublikasına idxal olunan çay məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan çay məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.”;

8.12. 19-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 19. Məhdudlaşdırıcı tədbirlərin tətbiqi

19.1. Sahibkarlıq subyektlərində yoxlamaların aparılması, o cümlədən məhdudlaşdırıcı tədbirlərin tətbiqi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

19.2. Dövriyyədən çıxarılmış çay məhsullarının məhv edilməsi və ya istifadə edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.”;

8.13. 22-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 22. Çay məhsullarının saxtalaşdırılmadan qorunması və minimum keyfiyyətinə nəzarət

22.1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçıları və ya idxalçıları qida təhlükəsizliyi qeydiyyatına alınmayan və qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmayan, patent hüququ başqasına məxsus olan, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun istehsal edilməmiş çay məhsulları saxta hesab olunur.

22.2. Çay məhsullarının minimum keyfiyyətinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

22.3. İstehlakçılar və qeyri-hökumət təşkilatları çay məhsullarının keyfiyyətinə nəzarəti həyata keçirə bilərlər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06