“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

19 avqust 2019, 20:15


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alır:

1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 451; 1999, № 5, maddə 293; 2001, № 12, maddələr 731, 736; 2004, № 7, maddə 507; 2007, № 5, maddə 401, № 6, maddə 561, № 11, maddə 1078; 2008, № 7, maddə 602; 2019, № 3, maddə 379; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanunu) 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin ikinci cümləsində “Əhalinin məşğulluğu haqqında” Qanunda” sözləri “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin.

2. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226, № 5, maddə 379; 2001, № 11, maddələr 676, 683; 2004, № 6, maddə 397; 2005, № 1, maddə 5, № 8, maddə 684; 2006, № 11, maddə 922; 2007, № 5, maddə 437, № 11, maddə 1049; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 672; 2013, № 1, maddə 17; 2014, № 10, maddə 1172; 2018, № 1, maddə 6, № 6, maddə 1159; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanunu) 11-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. birinci hissədə “dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər” sözləri “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər” sözləri ilə əvəz edilsin;

2.2. ikinci və üçüncü hissələr aşağıdakı redaksiyada verilsin:

“İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.

Həmkarlar ittifaqları “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə uyğun olaraq məşğulluq sahəsində nəzarətin həyata keçirilməsində iştirak edirlər.”.

3. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505) 8-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci hissədə “xüsusi” sözü “əlavə” sözü ilə əvəz edilsin;

3.2. altıncı hissə üzrə:

3.2.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin məşğulluğunun təmin edilməsi “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;

3.2.2. üçüncü cümlə çıxarılsın.

4. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580; 2002, № 10, maddə 586; 2005, № 5, maddə 391, № 6, maddə 464; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 12, maddə 1005; 2007, № 8, maddə 745; 2013, № 11, maddə 1314; 2014, № 12, maddə 1524; 2015, № 2, maddə 78, № 11, maddə 1297; 2017, № 12 (I kitab), maddə 2191; 2019, № 2, maddə 180; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli və 3 may tarixli 1585-VQD nömrəli qanunları) 17.2.4-cü maddəsində “statusu almış” sözləri “kimi qeydiyyata alınmış” sözləri ilə əvəz edilsin.

5. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 231; 2007, № 8, maddə 746; 2010, № 3, maddə 171; 2019, № 4, maddə 582) 8.1-ci maddəsinin ikinci cümləsi 2-ci hissə hesab edilsin.

6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD və 1568-VQD nömrəli qanunları) 21.2.5-ci maddəsindən “yenidən” sözü və “və ya təhsil aldığı” sözləri çıxarılsın.

7. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300; № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanunu) 20.2-ci maddəsində “əmək birjalarının, məşğulluq idarələrinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.

8. “Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 753; 2018, № 12 (I kitab), maddə 2519; 2019, № 1, maddə 25) aşağıdakı məzmunda 4.2.3-1-ci maddə əlavə edilsin:

“4.2.3-1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə uyğun olaraq, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində verilmiş material, avadanlıq və digər əmlakın siyahıya alınması;”.

9. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.0.12-ci, 5.1.5-ci, 17.8-ci və 19.0.2.8-ci maddələrdə ismin müvafiq hallarında “aktiv tədbirlər” sözləri ismin müvafiq hallarında “aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilsin;

9.2. 3-cü maddəyə “Konstitusiyası,” sözündən sonra “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu,” sözləri əlavə edilsin;

9.3. 5.1.6-cı və 19.0.3-cü maddələrdə “nəqliyyatı” sözü “xərcləri” sözü ilə əvəz edilsin;

9.4. 18-ci maddə üzrə:

9.4.1. 18.0.1-ci və 18.0.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;”;

“18.0.5. sığorta ödənişini alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;”;

9.4.2. 18.0.9-cu maddəyə “müəssisəsinə” sözündən sonra “əyani” sözü əlavə edilsin;

9.4.3. 18.0.10-cu maddəyə “çağırıldıqda” sözündən sonra “, həmin müddətdə” sözləri əlavə edilsin;

9.4.4. 18.0.11-ci maddəyə “olduqda” sözündən sonra “, həmin müddətdə” sözləri əlavə edilsin;

9.4.5. 18.0.14-cü maddəyə “sənədlərdə” sözündən sonra “və məlumatlarda” sözləri əlavə edilsin və həmin maddədə “qanuna uyğun” sözləri “düzgün” sözü ilə əvəz edilsin;

9.4.6. 18.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 18.0.16-cı maddə əlavə edilsin:

“18.0.16. sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.”;

9.5. 19.0.2-ci maddədə “kimi qeydiyyata alınmış və işsiz statusu almış” sözləri “və işsiz kimi qeydiyyata alınmış” sözləri ilə və “aktiv tədbirlər” sözləri “aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilsin;

9.6. 19.0.2.1-ci maddədə “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə əvəz edilsin;

9.7. 19.0.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“19.0.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi;”;

9.8. 19.0.2.7-ci maddədə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə, “əlavə iş yerlərinin və ixtisaslaşdırılmış” sözləri “kvotadan əlavə iş yerlərinin və sosial” sözləri ilə əvəz edilsin;

9.9. 19.0.6-cı maddədə “Aktiv tədbirlər” sözləri “Aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilsin.

10. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386; 2019, № 3, maddə 381; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanunu) 20.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“20.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran və (və ya) işsiz kimi qeydiyyata alınmış və 18 yaşı tamam olmuş əlilliyi olan şəxslərin peşə hazırlığı həmin orqanın göndərişi əsasında bu Qanunun 11-ci maddəsinə əsasən təsdiq olunmuş Fərdi Reabilitasiya Proqramına və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06