logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəşid Abbasov və başqalarından, Gədəbəy, Azərbaycan

Text size icon-size icon-size

16 avqust 2019, 16:35

Çox hörmətli cənab Prezident.

Azərbaycan xalqı Sizin həyata keçirdiyiniz müdrik daxili və xarici siyasətinizi həmişə dəstəkləyir və müdafiə edir. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən birinə çevrilib. Bu uğurların əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda Sizin tərəfinizdən layiqincə davam etdirilir. Fəxrlə qeyd etmək lazımdır ki, Azərbaycanın hər bir uğuru Ulu Öndərin və Sizin adınızla bağlıdır.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Gədəbəy rayonunda da geniş tikinti-quruculuq işləri aparılır. Dağlar qoynunda yerləşən rayonumuzun siması daha da gözəlləşir, bütün sahələrdə yenilənmə, inkişaf hiss olunur. Qədirbilən gədəbəylilər dövlətçiliyə, dövlətimizin rəhbərinə həmişə sadiqdirlər və gələcəkdə də sadiq olacaqlar.

Əziz Prezidentimiz, kəndimizin ağsaqqalları və gəncləri adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Cəbhə bölgəsində yaşayan gədəbəylilər həmişə Sizə güvənir və Sizi dəstəkləyirlər.

Dərin hörmətlə,

Abbasov Rəşid Bayram oğlu

Nağıyev Məhəmməd Ziyad oğlu

Rəsulov Nuru Əhməd oğlu

Allahverdiyev Səyyad Namaz oğlu

Nağıyeva Gümrü Xəlil qızı və başqaları (cəmi: 19 nəfər).

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Gərgər kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi