Əlövsət Məmmədhüseynlidən, Masallı, Azərbaycan


16 avqust 2019, 14:30
Hörmətli cənab Prezident.
Son illərdə ölkəmizdə apardığınız uğurlu siyasi və iqtisadi islahatlar, xalqın maddi rifahının yaxşılaşdırılması üçün atdığınız qətiyyətli addımlar, ölkəmizin bütün sahələrdə davamlı inkişafı qəlbimizi qürur hissi ilə doldurur. Doğma Azərbaycanımız gündən-günə inkişaf edir, qüdrətlənir, dünya dövlətləri arasında söz sahibinə çevrilir. Bütün bunlar şəxsən Sizin uzaqgörən və müdrik siyasətinizin nəticələridir.
Ölkənin bütün guşələrində abadlıq-quruculuq işləri sürətlə aparılır. Dünya ölkələrinin iqtisadi və maliyyə çətinlikləri ilə üzləşdiyi bir vaxtda respublikamızda sosialyönümlü proqramlar uğurla həyata keçirilir. Xalqın rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə pensiyaların və əməkhaqlarının artırılması xalqımız tərəfindən çox böyük sevinc hissi ilə qarşılandı. Bu da ölkəmizdə gedən sürətli inkişafdan xəbər verir.
Ölkəmizdəki inkişaf bizim rayonumuzdan və kəndlərimizdən də yan keçməyib. Son bir neçə ay ərzində rayon mərkəzi ilə Banbaşı, Yeyənkənd, Köhnə Alvadı, Güllütəpə, Təzə Alvadı kəndlərini birləşdirən yol asfaltlanıb, kəndlərarası yollar təmir-bərpa olunub.
Hörmətli cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə minnətdarlığımızı bildirirəm. Uca Yaradan Sizi qorusun.
Dərin hörmətlə,
Məmmədhüseynli Əlövsət Ceyhun oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.