logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qafar Əhmədovdan, Goranboy, Azərbaycan

Text size icon-size icon-size

15 avqust 2019, 15:00

Möhtərəm cənab Prezident.

Goranboy rayonunda suvarma suyu çatışmazlığı neçə illər idi ki, biz fermerləri narahat edirdi. Əkin sahələrini vaxtlı-vaxtında suvara bilmirdik və məhsulumuz itkiyə gedirdi. Son illərdə Sizin müvafiq sərəncamlarınızla rayonumuzda yüzlərlə subartezian quyusunun qazılması fermerlərin işini xeyli asanlaşdırıb. Yaxın gələcəkdə rayonda 55 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub ki, bu da əkin sahələrinin su təminatının daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır. Bu quyulardan biri də rəhbəri olduğum fermer təsərrüfatının ərazisində qazılacaq.

Əziz Prezidentimiz, bizə göstərdiyiniz böyük qayğıya görə fermer təsərrüfatımın üzvləri adından Sizə sonsuz ehtiramımızı bildirirəm. Bizə Sizin kimi layiqli davamçı bəxş etdiyinə görə ulu öndərimiz Heydər Əliyevə Allahdan qəni-qəni rəhmət diləyirik.

Sizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq. 

Hörmətlə,

Əhmədov Qafar Ələkbər oğlu, fermer.

Azərbaycan Respublikası, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi