Mehman Quliyev və başqalarından, Astara, Azərbaycan


15 avqust 2019, 13:30
Möhtərəm cənab Prezident.
Sizin respublikamıza rəhbərlik etdiyiniz illər ərzində aparılan quruculuq, tikinti və abadlıq işləri xalqımızın firavanlığından, xoş gələcəyindən xəbər verir. Bu gün Astara şəhərində, rayonun kənd və qəsəbələrində aparılan quruculuq işləri bunun bariz nümunələridir. Astara şəhəri böyük dərəcədə gözəlləşib, burada yeni istirahət parkı salınıb, sosial və mədəni obyektlər istifadəyə verilib.
Sizin imzaladığınız sərəncamların və təsdiqlədiyiniz Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin layiqincə yerinə yetirilməsi hər bir astaralının həyatını yaxşı mənada dəyişib.
Rayonun 6 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa avtomobil yolunun və kəndimizdəki iki kilometrlik yolun təmiri sakinlərə sevinc bəxş edib. Hazırda kənd əhalisi bu yollardan rahatlıqla istifadə edir. Bizə bu imkanı yaradan Sizin düzgün siyasətiniz, xalqa bağlı olmağınızdır.
Bütün Azərbaycan xalqı kimi, astaralılar da Sizi sevir və Sizin siyasətinizi dəstəkləyirlər. Rayonumuza göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Quliyev Mehman İsmayıl oğlu
Əhmədov İsi Rəzzaq oğlu
Quliyeva Sübiyyə Hüseynəli qızı
Əliyeva Saray Əli qızı və başqaları (11 nəfər).
Azərbaycan Respublikası, Astara rayonu, Artupa kəndi.