Xalidə Quliyevadan, Bakı, Azərbaycan


15 avqust 2019, 13:00
Hörmətli cənab Prezident.
Məni Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adına layiq bildiyiniz üçün Sizə səmimi və dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, bu, Sizin milli kino sahəsində çalışanlara qayğınızın və yüksək etimadınızın təzahürüdür və təbii ki, bizdən də daha artıq məsuliyyət və yaradıcılıq səyləri tələb edir.
Çalışacağam ki, milli kino sənətindəki fəaliyyətimlə etimadınızı doğruldum. Məni yüksək fəxri ad ilə təltif etdiyinizə görə bir daha Sizə təşəkkürümü bildirirəm.
Çox sağ olun, əziz Prezidentimiz! Allah Sizi və ailənizi qorusun. Allah Vətənimizi hifz etsin.
Hörmətlə,
Quliyeva Xalidə Camal qızı, Xalq artisti.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.