logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fərhad Babayevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

07 iyul 2019, 17:00

Möhtərəm cənab Prezident.

Sizi UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında xalqımızın mədəni irs tarixində mühüm hadisə olan Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının qurumun Ümumdünya İrs Siyahısına salınması münasibətilə şəxsən öz adımdan və ulu öndərimiz Heydər Əliyevin adını daşıyan sarayın kollektivi adından ürəkdən təbrik edirəm.

Azərbaycanımızın qədim tarixi və zəngin mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasına, dövlətlər arasında qarşılıqlı mədəni əlaqələrin inkişaf etdirilməsinə və müxtəlif ölkələrin mədəniyyətlərinin bir araya gətirilməsinə dəstəyinizə, tarixi-mədəni irsimizin qorunmasına və beynəlxalq arenada təbliğinə, xüsusilə UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakı sessiyasının yüksək səviyyədə təşkilinə görə Sizə dərin təşəkkürümüzü bildirirəm.

Dərin hörmətlə,

Babayev Fərhad, Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi