Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

09 avqust 2019, 18:25

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini, 94-cü maddəsinin I hissəsinin 7-ci, 15-ci və 27-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107; 1999, № 5, maddə 284; 2000, № 6, maddə 380, № 12, maddələr 832, 834; 2003, № 2, maddə 77; 2004, № 5, maddə 314; 2006, № 1, maddə 3, № 5, maddə 396, № 12, maddə 1005; 2007, № 8, maddə 755, № 11, maddələr 1049, 1081; 2009, № 6, maddə 395; 2010, № 3, maddə 171; 2013, № 4, maddə 358; 2016, № 1, maddə 35; 2019, № 1, maddə 1) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 44-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. dördüncü hissədə “Milli Məclis tərəfindən” sözləri “Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə” sözləri ilə əvəz edilsin;

1.2. altıncı hissənin ikinci cümləsi çıxarılsın;

1.3. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

“Hesablama Palatası sədrinin, sədr müavininin və auditorlarının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsələlər “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq tənzimlənir.”.

Maddə 2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049; 2009, № 6, maddə 395, № 7, maddə 505; 2012, № 6, maddə 528; 2014, № 8, maddə 958; 2016, № 11, maddə 1777; 2017, № 1, maddələr 18, 32; 2018, № 8, maddə 1671, № 12 (I kitab), maddə 2500) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 12.1.10-cu maddəyə “layihələri” sözündən sonra “və qanun layihələrinə dair izahat” sözləri əlavə edilsin;

2.2. 20.5-ci maddədə “öz nizamnaməsinə” sözləri “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin və həmin maddəyə “barədə” sözündən sonra “illik” sözü əlavə edilsin;

2.3. 22-ci maddənin mətnindən “gəlirlərinin və xərclərinin” sözləri çıxarılsın və həmin maddənin mətnində “qanunvericiliyə” sözü “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin;

2.4. 27.7-ci maddəyə “icrasına dair” sözlərindən sonra “illik” sözü əlavə edilsin.

Maddə 3. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 268; 2006, № 2, maddə 67; 2009, № 4, maddə 213; 2011, № 12, maddə 1078) 4.6-cı maddəsi ləğv edilsin.

Maddə 4. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50; Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanunu) 41.2-ci maddəsinə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“Bank sirrini təşkil edən məlumatlar Azərbaycan Respublikasının Hesablama Palatasına “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilir.”.

Maddə 5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; 2019, № 1, maddə 28; Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 5.2-1-ci maddə əlavə edilsin:

“5.2-1. Kənar dövlət maliyyə nəzarətinin obyektində mühasibat uçotunun aparılmaması, yaxud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi səbəbindən zəruri məlumatları əldə etmək mümkün olmadıqda, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kənar dövlət maliyyə nəzarətinin obyektindən mühasibat uçotunun təmin edilməsini tələb edir.”.

Maddə 6. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2005, № 11, maddə 1004; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, №11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296; 2016, № 3, maddə 405, № 11, maddə 1771; 2017, № 5, maddə 740, № 7, maddələr 1302, 1309, № 11, maddələr 1951, 1958; Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 58.6-cı maddə əlavə edilsin:

“58.6. Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il.

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 20 mart 2025
19:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Novruz...

20 mart 2025, 19:18
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:10
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi...

19 mart 2025, 17:10
SƏNƏDLƏR Qanunlar 19 mart 2025
17:08
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının...

19 mart 2025, 17:08
SƏNƏDLƏR Qanunlar 19 mart 2025
17:06
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan...

19 mart 2025, 17:06
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:04
“Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 154 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi...

19 mart 2025, 17:04
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:02
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və...

19 mart 2025, 17:02
SƏNƏDLƏR Sərəncamlar 19 mart 2025
13:09
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni...

19 mart 2025, 13:09
SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02