İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
26 oktyabr 2011, 16:10
Prezident İlham Əliyev Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsevi qəbul etmişdir.
Dövlət katibi Leonid Maltsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətlə Belarus Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubuna ürəkdən qoşulduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin həyatında mühüm tarixi hadisə kimi qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə Belarus arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarusun dövlət başçısına çatdırmağı xahiş etdi.