Nəriman Aslanovdan, Ağdam, Azərbaycan


01 avqust 2019, 12:00
Hörmətli cənab Prezident.
Mən II qrup əliləm, uzun illərdən bəri ürək xəstəliyindən müalicə alıram. Sizin diqqət və qayğınız nəticəsində biz əlillər cəmiyyətin fəal üzvlərinə çevrilmişik. Aldığımız müavinətlərin məbləğinin artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi sabaha olan inamımızı artırır, güzəranımız ildən-ilə yaxşılaşır.
Hər il onlarla tibb müəssisəsinin təmirinin, yeni avadanlıqlarla təmin olunmasının şahidi oluruq. Bunlar Sizin gərgin əməyinizin nəticəsində baş verir. Müasir tələblərə cavab verən tibb müəssisələrində müalicə alanda, ətrafdakı inkişafı görəndə qəlbimiz dağa dönür.
Səhiyyəmizin inkişafı, savadlı həkim personalının formalaşdırlması istiqamətində atdığınız addımlar bizim daha sağlam, daha xoşbəxt yaşamağımıza xidmət edir. Əldə olunan uğurlara və xalqımıza göstərdiyiniz qayğıya görə Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Aslanov Nəriman Cəmil oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Bənövşələr qəsəbəsi.