Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2495) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddədə hər iki halda “83 451 400,0” rəqəmləri “98 451 400,0” rəqəmləri ilə əvəz edilsin.
2. 2-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“ 3. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsait 15 000 000,0”
3. 3-cü maddə üzrə:
3.1. 2-ci hissədə “1 800 000,0” rəqəmləri “2 800 000,0” rəqəmləri ilə əvəz edilsin;
3.2. 6-cı hissədə “42 041 400,0” rəqəmləri “56 041 400,0” rəqəmləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2019-cu il.