İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib
24 iyul 2019, 14:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti, Fransa Kosmik Agentliyinin rəhbəri Jan-İv Lö Qalı qəbul edib.
Görüşdə Azərbaycanda kosmik sənayenin inkişafında əldə edilən uğurlar qeyd olundu, yüksək texnologiyaların, o cümlədən kosmik sənayenin ölkəmizdə prioritet sahələrdən biri olduğu bildirildi, Azərbaycanın artıq üçüncü süni peykinin orbitə buraxılması mühüm hadisə kimi dəyərləndirildi və ölkəmizin dünya kosmik ailəsinin üzvü olmasının əhəmiyyəti vurğulandı.
Söhbət zamanı Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyi bildirildi, eyni zamanda, ölkəmizin Beynəlxalq Astronavtika Federasiyası ilə də əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olundu.
Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.